Sosial iqtisadiyyat

Bakıda ekspres taksi xidməti təşkil edilə bilər

Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.

ENA.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

"Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər", - o qeyd edib.

Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)