Azərbaycanda iki yüksək vəzifəli hakim vəzifəsindən çıxarılacaq
Bakı Apelyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apelyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov vəzifələrindən çıxarılacaq.
ENA.az xəbər verir ki, Kəmalə Abıyevanın və Ələsgər Novruzovun Ali Məhkəmənin hakimləri təyin ediləcəyi gözlənilir.
Bununla bağlı Milli Məclisə təqdimat daxil olub.