“Kapital Bank”da növbədənkənar yığıncaq keçiriləcək
2 iyun 2020-ci il tarixində “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ENA.az Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmib:
1.“Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi.
2. Digər məsələlər.
Yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı,M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.
Xəbər verdiymiz kimi, Kapital Bank 2020-ci ilin ilk rübünü 74 milyon 893 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 267 min manat və ya 57,2% çoxdur. Bank 2019-cu ilin 1-ci rübünü 47 milyon 626 min manat xalis mənfəət ilə bağlamışdı.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i PAŞA Holdinq-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir