Nazirlikdən 190 manata görə SMS ala bilməyənlərə cavab
İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) üçün elektron qaydada e.sosial.az portalına müracət edib, hələ də cavab ala bilməyən vətəndaşlar var. Hətta eyni gündə (aprelin 9-da) qeydiyyatdan keçən şəxslərdən birinə 190 manat birdəfəlik ödəmə ilə bağlı SMS gəlsə də, digərinə ümumiyyətlə inkar mesajı da gəlməyib. Həmçinin, birdəfəlik ödəmə almaq hüququ yaranan vətəndaşlar may ayı üçün qeydiyyatdan keçib-keçməyəcəklərini bilmirlər.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, daxil olan bütün müraciətlər emal olunur:
“Vətəndaşın məlumatı nə vaxt emal olunacaqsa, həmin vaxt ona cavab gələcək. Proses ardıcıl, növbəlilik qaydasında olaraq həyata keçirilir”.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, e.sosial.az portalında qeydiyyatdan keçən şəxslərə mütləq şəkildə imtina, yaxud birdəfəlik ödəmənin təyinilə bağlı SMS göndəriləcək:
F.Talıbov həmçinin bildirib ki, bir dəfə qeydiyyatdan keçən və aprel ayı üçün birdəfəlik ödəmə almaq hüququ olan vətəndaşların növbəti dəfə ödəniş almaq üçün qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.