"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA
Vakansiya: Aparıcı mühasib
Tələblər:
• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
• ERP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.
Əsas vəzifələr:
• İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
• Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; gəlir vergisi);
• Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
• Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
• Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
• Dövlət orqanları ilə yazışmaların aparılması.
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı mühasib” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.12.2018