"BakuBus" 1 milyon manatlıq ehtiyat hissəsi alır
Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan arxa körpü, əyləc və asqıya aid ehtiyat hissələrinin (1) və ön asqıya aid ehtiyat hissələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Aztech and Tegeta Motors" MMC-dir.
Qalib şirkətə ümumilikdə 1 135,3 min manat ödəniləcək