Azərbaycanda istilik mövsümünün vaxtı uzadılıb
Dünyanın bütün ölkələrində yayılmış koronavirus pandemiyası ilə əlaqədar Prezident İlham Əliyevin birbaşa tapşırıq və göstərişləri əsasında həyatakeçirilən geniş miqyaslı profilaktik və pereventiv tədbirlər, o cümlədən əhalinin sağlamlığının, sosial rifahının və iqtisadiyyatın qorunması ilə bağlı atılan addımlar, düşünülmüş strategiya çərçivəsində mərhələli yollarla həyata keçirilən məhdudlaşdırıcı rejimnəticəsində ölkədə vəziyyətin tam nəzarətdə saxlanılması təmin edilib, koronaviruspandemiyasının daha geniş yayılmasının qarşısı alınıb.
ENA.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, atılan addımlar ilk növbədə insanların sağlamlığının və onların həyatınınqorunmasına yönəldilmiş, eyni zamanda iqtisadi dayanıqlığın təmin olunması və aztəminatlıailələrin, həmçinin karantinlə əlaqədar ziyan görmüş sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin dəstəklənməsinə yönləndirilib. Xüsusi karantin dövründə sosial təcrid tədbirləri ilə əlaqədar vətəndaşların evdəqaldıqları müddətdə vacib məsələlərdən biri də onların zəruri kommunal xidmətlərlə təminedilməsindən ibarətdir.
Bununla əlaqədar olaraq, ölkə prezidentinin tapşırıq və tövsiyyələri nəzərə alınaraq Nazirlər Kabinetinin göstərişinə əsasən Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC-yə hava proqnozu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarının təhlil edilərək istilikmövsümünün müddəti ilə bağlı təkliflərin hazırlanması tapşırılmış, bununla bağlı müvafiqaraşdırmalar aparılaraq Nazirlər Kabinetinə zəruri məlumatlartəqdim edilib. Bununla bağlı Baş Nazirn tapşırığı ilə ölkə ərazisind əistilik mövsümü aprel ayının 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib.
Ölkə ərazisində istilik mövsümünün aprel ayının 25-nə qədər davam etdirilməsi iləbağlı "Azəristiliktəchizat" ASC tərəfindən bütün zəruri tədbirlər görülüb və istilik təchizatısistemlərinin dayanıqlı və fasiləsiz iş rejimi təmin edilməklə yaşayış binaları və zəruri sosialobyektlərin istilik təchizatının davam etdirilməsi təmin ediləcək. Hazırda respublika ərazisində istilik və isti su təchizatı davam etdirilir, Cəmiyyətin idarə aparatında rəhbərlik səviyyəsində və zəruri xidmət sahələrində mütəxəssislərdənibarət növbətçilik yaradılıb, qazanxana və istilik məntəqələrinin işçi parametrlərinə Mərkəzi Dispetçer Xidməti vasitəsilə internet üzərindən məsafədən onlayn nəzarət həyata keçirilir.
“Azəristiliktəchizat” ASC-nin 956 nömrəli “Çağrı Mərkəzi” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və vətəndaşlarımız 956 nömrəli “Çağrı Mərkəzi”, telefon, elektron məktub və Cəmiyyətin "Facebook" səhifəsi vasitəsi ilə onları maraqlandıran suallarlabağlı müraciətlərini həyata keçirə bilərlər.