Elm və Texnologiya

Naxçıvanda internet xidmətləri 50%-dək ucuzlaşıb

Naxçıvanda Respublikasında internetin qiyməti aşağı salınıb.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaydığı məlumata  xəbər verir ki, muxtar respublikada əhaliyə göstərilən internet xidmətlərinin tariflərində bu ilin martın 1-dən etibarən ADSL və GPON internet tariflərində endirim edilib. Əvvəlki illə müqayisədə sürətdən asılı olaraq, qiymətlərdə 25-50% aralığında azalma olub.

Bunlarla yanaşı, ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirlərinə uyğun olaraq genişzolaqlı internet istifadəçilərinin sayının artması nəzərə alınıb, müraciətlər əsasında abonentlər internetlə təmin olunub, istifadəçilərin dayanıqlı və keyfiyyətli internet xidmətləri ilə təmin olunması üçün zəruri tədbirlər görülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department