Sosial iqtisadiyyat

Yük daşıma üçün icazələrin verilməsinə başlanıldı

Azərbaycanda yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin internet üzərindən qeydiyyatı başlanılıb.

Bu barədə ENA..az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib. 

Xidmətdən xatırladılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 31 mart tarixli qərarına əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə ölkə ərazisində fəaliyyətinə icazə verilən istiqamətlərdən biri də avtomobil nəqliyyatı ilə yük daşımalarıdır.

Xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə bu sahədə dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb.

Bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department