Qızıl bahalaşır
Nyu-Yorkdakı Comex birjasında bugünkü hərrac zamanı qızılın bir unsunun qiyməti 1 785 ABŞ dollarınadək yüksəlib ki, bu da 2012-ci ildən ən yüksək həddir.
ENA.az xəbər verir ki, daha sonra qiymətlər bir qədər azalıb və qızıl hazırda 1 720 ABŞ dolları ətrafındakı qiymətə satılır.
Gümüş isə bir ara 16,09 ABŞ dollafrından satılsa da, hazırda qiyməti 15,95 dollar səviyyəsindədir.