Sənaye

Hasilatın azaldılması ilə bağlı razılaşmadan sonra neftin bahalaşması sürətlənib

Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə ediləndən sonra birjalarda neft bahalaşmağa başlayıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 ABŞ dolları və ya 3,99% artaraq 26,09 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,27 dollar və ya 3,87% artaraq 34,11 dollar təşkil edib.

Razılaşmaya görə apreldən etibarən Rusiya gündəlik neft hasilatını 2 milyon barel, Səudiyyə Ərəbistanı isə 4 milyon barel azaldacaq 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department