Bank

Dövlət istehlak kreditlərinə görə əhaliyə birbaşa dəstək göstərməyəcək - AÇIQLAMA

Karantin rejimi ilə bağlı olaraq istehlak krediti borcu olanlara birbaşa maliyyə yardımı edilməyəcək.

ENA.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilmiş brifinqdə çıxışı zamanı bildirib ki, burada vəziyyət gərgin deyil.

“Bildiyimiz kimi, istehlak kreditlərini götürən şəxslər işləyənlərdir. Banklar işsizlərə kredit ayırmırlar. İstehlak krediti götürənlər işləyən vətəndaşlar olduğundan onların işi və əməkhaqları saxlanılır.Dövlət işsizlərə də maliyyə yardımı etməyə başlayıb. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Dolayı yolla dövlət işləyən vətəndaşlara yardım edəcək. Ona görə, onların ödəniş qabiliyyəti saxlanılır. Burada vəziyyət qeyd edilənlər  kimi gərgin deyil”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department