Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam bağlandı
Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dək yerüsütü və hava daşınmaları dayandırılıb. Bu məhdudiyyətlər yük daşımalarına şamil olunmur.
Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü”, “Laqodexi”, “Samtskaro” və “Mtkvari” sərhəd-keçid məntəqələri fiziki şəxslərin hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, martın 25-dən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi 10:00-dan 12:00-dək fəaliyyət göstərib.