Bank

Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyinə FİTCH RƏY VERDİ

Fitch Beynəlxalq Reytinq Agentliyi də COVID-19-la bağlı yaranmış iqtisadi qeyri-müəyyənlik və aşağı neft qiymətləri şəraitində Azərbaycan Beynəlxalq Bankının reytinqinə yenidən baxıb.

Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib və Bankın bu reytinqi “B-” səviyyəsində təsdiqlənib.

Beynəlxalq Bankdan bildirilib ki,  

Agentlik ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin ümumi aktivlərə nisbətdə həcmi (27%) və kreditlərin əsasən az riskli layihələrə ayrılması Azərbaycan Beynəlxalq Bankının aktivlərinin keyfiyyətinin aşağı düşməsi ehtimalını azaldır. Aparılan təhlillər 2016-cı ildən bəri bankın balansının da əhəmiyyətli şəkildə sağlamlaşdığını göstərir.

2020-ci ilin fevral ayının sonuna I dərəcəli kapitalının 33%, kapitalın adekvatlıq əmsalının isə 32% təşkil etməsi Azərbaycan Beynəlxalq Bankı üçün güclü kapital buferləri formalaşdıraraq kapitallaşma riskini də minimallaşdırır. Fitch analitikləri bunu nəzərə alaraq hesab edirlər ki, hətta ən pessimist ssenaridə belə Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi yenə müəyyən edilmiş normalardan yüksək olacaq. 

Fitch-in təhlillərinə görə, əməliyyat mühitinin dəyişməsindən irəli gələrək Bankın maliyyələşməsinə və likvidlik profilinə dərhal təzyiqlərin başlanması gözlənilən deyil. Bu baxımdan, hər hansı neqativ təsirlər qarşısında da bankın likvidliyi kifayət qədər güclü mövqedə qalacaqdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)