Sığorta

"Günay Sığorta"nın xalis mənfəəti artıb

Günay Sığorta" ASC 2019-cu ili 720 min manat mənfəətlə başa vurub.

ENA.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 12,6 dəfə çoxdur.

Ötən il "Günay Sığorta"nın gəlirləri 6,861 milyon manat (illik müqayisədə 18,7% az), xərcləri 5,958 milyon manat (28,9% az), mənfəət vergisi ödəmələri isə 184 min manat (43,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Günay Sığorta”nın aktivləri 14,42 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,35% artaraq 5,81 milyon manata, balans kapitalı isə 9,1% artaraq 8,61 milyon manata çatıb.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department