Sağlamlıq

Türkiyə COVİD-19-a qarşı dərman buraxdı

Türkiyənin əczaçılıq şirkəti Abdi İbrahim, COVİD-19-un müalicəsi üçün dərman istehsalına başlandığını açıqladı. ENA.az xəbər verir ki, 
koronavirusa qarşı müsbət nəticələr verən dərmanın ilk partiyası artıq Türkiyə Səhiyyə Nazirliyinə çatdırılıb. 

Şirkət bildirib ki, aprel ayında İstanbulda Esenyurtdakı müəssisələrində istehsal ediləcək 1 milyon 600 min tablet və ilin sonuna qədər hazırlanacaq bütün dərman nazirliyə bağışlanacaq.

Şirkətin İdarə heyəti Başçısı Nezih Barutun sözlərinə görə, COVİD-19-un müalicəsi üçün bu dərmanlara bütün dünyada təlabat yüksəkdir. Dərmanın hazırlanması üçün lazım olan xammalla şirkəti Türkiyənin müvafiq dövlət qurumları təchiz ediblər. N.Barut dərmanın ilk dəstini Səhiyyə Nazirliyinə təslim etdiklərini söyləyib. 

"Ən qısa müddətdə ölkəmizə virus təhdidinə son qoymaq üçün bütün imkanlarımızı ortaya qoyduq", deyən Nezit Barut bu dərmanın virusla mübarizədə güclü bir töhfə verəcəyini qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)