Nazir aparata yeni rəhbər TƏYİN ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yeni təyinata imza atıb. ENA.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə Fuad Məmməd oğlu Musayev təyin edilib.
Qeyd edək ki, Fuad Məmməd oğlu Musayev əvvəllər Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsini icra edirdi. Nazirin əmri ilə hazırda bu vəzifə Mustafa Abbasbəyliyə həvalə olunub.
Məlumat üçün bildirək ki, 2019-cu ilin dekabrında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olundu. Bundan sonra onun yerinə Hidayət Abdullayev irəli çəkildi. H.Abdullayev isə 2018-ci ilin dekabrından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsini icra edirdi.