ENA+

İnterpol Rus mafiyasının qoluna çevrilə bilər

“Çərşənbə günü Dubayda Baş Assambleyanın səsvermə nəticələrinə əsasən general mayor Aleksandr Prokopçukun potensial təyinatı hüquq mühafizə təşkilatları və dövlət rəsmilərinin tənqidinə səbəb olub. Onlar siyasi düşmənlərini təqib edib, cəzalandırmaq üçün Moskvanın bu təşkilatdan istifadə etdiyini bildirirlər”, - məqalədə deyilir. Tənqidçilər hesab edir ki, avtoritar hökumətlər bu təşkilatların səlahiyyətlərindən sui-istifadə edir”, - "The Wall Street Journal" məqalələrinin birində məlumat verir.

“İnterpol nümayəndələri sistemdən sui-istifadəni təkzib edir, təşkilatın hər “qırmızı xəbərdarlığı” təhlil etdiyini vurğulayırlar. Onlar həmin bildirişlərin təşkilatın, o cümlədən BMT-nin insan haqları  bəyannaməsinin qayda və qətnamələrinə uyğun olub olmadığına əmin olmaq üçün bu yola əl atdıqlarını deyiblər”, - qəzetdə bildirilir.

“Tənqidçilərin sözlərinə görə, Rusiyanın təqib üçün “İnterpol”-dan istifadə etdiyi rejimin opponentləri arasında qəzet iqtisadçı və Kremlin əleyhdarı Billi Brauderin adını çəkir. Belə ki, Rusiya üç dəfə İnterpolu onu həbs etdirməyə çalışıb. Bazar ertəsi Rusiya baş prokurorluğu Brauderə qarşı yeni cinayət ittihamı irəli sürüb. O, 20 il müddətinə məhkəmə hökmü ilə üzləşə bilər”, - materialda deyilir.

“Dünya Rusiyanın İnterpola başçılıq etməsinə icazə verə bilməz. Təcrübəm buna niyə icazə vermək lazım gəlmədiyini göstərir”, - Bill Brauderin “The Washington Post”-da dərc edilən məqaləsinin başlığı belədir.

“Bu vəzifəyə rusun təyin edilməsini heç kim istəməməlidir. Ancaq bunun baş verməməsi üçün mənim şəxsi marağım var”, - deyə Brauder yazır. İqtisadçı Rusiya hökuməti tərəfindən təqib olunduğunu, həbsinə və Rusiyaya ekstradisiyasına nail olmaq üçün Moskvanın dəfələrlə İnterpolun səlahiyyətlərindən sui-istifadə etdiyini xatırladır.

“Rusiyanın üzvlüyünə xitam vermək yerinə Putinin əlaltılarından biri dünyanın ən mühüm hüquq mühafizə qurumlarından birinin lideri olsa, bu, absurd, kafkasayağı ssenari olacaq”, - məqalə müəllifi əmindir.

“Çərşənbə günü bütün demokratik, şəffaf ölkələr birləşməli və İnterpolun faktiki olaraq rus mafiyasının qoluna çevrilməklə özünü biyabır etməsinə yol verməmək üçün nüfuzlarından istifadə etməlidirlər”, - Brauder sonda bildirir.

“Putinin planetin əsas hüquq mühafizə təşkilatında nəzarəti ələ keçirməsinə az qalıb”, - “Açıq Rusiya” və Azadlıq uğrunda Boris Nemtsov fondunun rəhbəri oğul Vladimir Kara-Murza “The Washington Post” üçün qələmə aldığı məqaləsində xəbərdarlıq edir.

Rus fəal hesab edir ki, “Putin tərəfindən təyin edilən general mayor sükan arxasına keçdikdən sonra Kremlin məqsədlərinə çatmaq üçün daha İnterpoldan sui-istifadə etməyə ehtiyac qalmayacaq, Kreml bu təşkilatı özünə işləməyə məcbur edə biləcək”.

“Prokopçuk İnterpolun prezidenti olsa, “qırmızı künclü xəbərdarlıq” sistemindən sui-istifadə ən əhəmiyyətsiz problem olacaq. Təşkilatın əsas vəzifəsi milli polis qüvvələri arasında informasiya mübadiləsini və qarşılıqlı yardımı təmin etməkdir. Kremlin bütün dünya üzrə məxfi məlumat bazalarına çıxış əldə etdikdən sonra nələr edə biləcəyini təsəvvür etmək olar. Məsələn, köhnə qotik kilsələrə tamaşa edən, yeni pasportla xarici ölkələrə səfər edən rus turistlərin sayı arta bilər”, - Kara-Murza davam edir.

Müəllif hesab edir ki, Putin rejiminin Rusiyadakı, o cümlədən xaricdəki fəaliyyəti “qanunun aliliyi anlayışına karikaturadır” və İnterpol çərşənbə günü başlatmağa hazırlaşdığı tarixinin bu mərhələsini nə vaxtsa unutmaq istəyəcək.

Rusiya prezidenti Putinin ən yaxın müttəfiqlərindən biri, çox güman, bu həftə İnterpolun Dubayda nəzərdə tutulan Baş Assambleyası çərçivəsində keçiriləcək seçkilərin nəticəsində təşkilatın yeni prezidenti olacaq. “Putin tərəfindən təyin edilən general mayorun sükan arxasına keçməsi ilə Kreml təşkilatı özü üçün işlədə bilər”, - Qərb mediası “kafkasayağı ssenari”dən bəhs edir. “Dünya Rusiyanın İnterpola başçılıq etməsinə icazə verə bilməz. Təcrübəm buna niyə icazə vermək lazım gəlmədiyini göstərir”, - deyə Bill Brauder (Bill Browder) xəbərdarlıq edir.

Ottava Universitetinin milli təhlükəsizlik və xarici siyasət üzrə eksperti Kamran Boxari (Kamran Bokhari) "The Wall Street Journal" qəzeti üçün qələmə aldığı məqaləsində iddia edir ki, “Kreml İnterpolda hakimiyyət uğrunda mübarizə aparır”.

Ekspert yazır ki, “Rusiya prezidenti Putinin ən yaxın müttəfiqlərindən biri, çox güman, bu həftə İnterpolun Dubayda nəzərdə tutulan Baş Assambleyası çərçivəsində keçiriləcək seçkilərin nəticəsində təşkilatın yeni prezidenti olacaq”. O, xatırladır ki, general mayor Aleksandr Prokopçuk 2011-ci ildən İnterpolun Rusiya bürosunun rəhbəri təyin edilib. O, “artıq Putinin düşmənlərini, o cümlədən amerikalı biznesmenlər və fəal ekoloqların təqib edilməsi məqsədilə “qırmızı künclü xəbərdarlıq” adlandırılan İnterpolun ekstradisiya sorğularından sui-istifadə edib”,- müəllif iddia edir.

Müəllifin fikrincə, problemlərdən biri ondan ibarətdir ki, İnterpol üzv ölkələrin təşkilata ünvanladığı həbs orderinin əsaslı olub olmadığını çox nadir halda yoxlayır.

Müəllif qeyd edir ki, Putinin İnterpoldan silah kimi istifadə etməsi ən çox Baltikyanı və Balkan ölkələrində hiss olunur. Özü də Balkanlarda Rusiya İnterpoldan təsirini genişlətmək üçün istifadə edir.

“Kreml təşkilatın neytralitetini tapdalasa, Qərbin reaksiyası necə olacaq? Təşkilata loyal general başçılıq edəndə qanunun aliliyi prinsipini tanıyıb, ona hörmət edən dünyanın sivil ölkələri vətəndaşlarını Putinin qlobal polis gücünün qəzəbindən necə müdafiə edəcək?” – deyə Boxari oxucularına sual ünvanlayır.

“Kreml bildirib ki, Rusiya daxili işlər nazirliyinin veteran məmurunun İnterpolun prezidenti postuna namizədliyini dəstəkləyir. Hadisələrin bu cür şəkil alması beynəlxalq hüquq mühafizə agentliklərinin effektivliyi ilə bağlı şübhə doğurur.

 

 

xpressa

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)