Bank

"Yelo Bank" kapitalını KƏSKİN ARTIRIR

Azərbaycanın ən dayanıqlı banklarından bir olan "Yelo Bank" nizamnamə kapitalını 30 milyon manat artırır.

Bu barədə "ENA" Banka istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki,  Müşahidə Şurası səhmdarlara nizamnamə kapitalının artırılması ilə bağlı tövsiyə verib. Bu təklif 20 aprel 2020-ci il tarixində keçiriləcək səhmdarların ümumi yığıncağında müzakirə olunacaq. Kapitallaşma nəticəsində "Yelo Bank"ın nizamnamə kapitalı 378 milyon manata çatacaq.

"Yelo Bank"ın Müşahidə Şurasının sədri Marina Kulişovanın sözlərinə görə, nizamnamə kapitalının artırılmasının əsas hədəfi mürəkkəb beynəlxalq iqtisadi şəraitdə müştərilərə dəstəyin verilməsi, o cümlədən biznesin və ümumilikdə onun effektivliyinin artırılması üçün yeni təşəbbüslərin reallaşdırılmasıdır.

Rebrendinq prosesi və bəzi proseslərin optimallaşdırılması çərçivəsində 2020-ci ildə bankın baş ofisinin və baş ofisdən kənarda yerləşən struktur bölmələrinin "Parlaq bankçılıq" ("Brighter banking") konsepsiyasına tam cavab verən yeni inzibati binaya köçməsi nəzərdə tutulub.

"Hər kəsə məlumdur ki, biz bank xidmətlərinə yanaşmamızı dəyişirik. Bununla yanaşı, bizim sıralarımız onlarla təcrübəli, gənc və peşəkar mütəxəssislərlə genişlənir ki, onlar da özünü bank xidmətlərinin və texnologiyalarının inkişafında yeni parlaq hərəkatın bir hissəsi olmaq istəyir. Bu amilləri nəzərə alsaq, bankın səhmdarları həmkarlarımız üçün əlverişli iş şəraitinin yaradılması üçün çalışır. Əminəm ki, yeni ofis Yelo komandasını ilhamlandıracaq və bankçılığı daha da parlaq etmək üçün onlara motivasiya verəcək", - deyə Marina Kulişova əlavə edib.

Qeyd edək ki, 2008-ci ildən bankın majoritar səhmdarı "Topaz Investment Limited" MMC-dir, digər payçılar isə fiziki şəxs və "ISR Holding" şirkətlər qrupudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department