Elm və Texnologiya

“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur

Dünyada 2 milyarddan çox istifadəçisi olan populyar mesajlaşma tətbiqi “WhatsApp” internet istifadəsinin artması səbəbi ilə serverlərdə yaşanan sıxlığı azaltmaq üçün videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra mesajlaşma tətbiqinə 15 saniyədən uzun olan video yükləmək mümkün olmayacaq.

Qeyd edək ki, hazırda Hindistanda tətbiq olunan məhdudiyyət tezliklə “WhatsApp”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə tətbiq edilməsi gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department