Sənaye

Meksika nefti 13 dollara qədər ucuzlaşdı

Meksikanın ixrac etdiyi neftin 1 barelinin orta qiyməti 13,01 ABŞ dollarına düşüb. 

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin milli neft və neft-kimya şirkəti "Pemex" məlumat yayıb. 

Bildirilib ki, kəskin ucuzlaşma koronavirus (COVID-19) infeksiyasının yayılması nəticəsində dünya neft bazarında yaranmış vəziyyət fonunda baş verib. Meksika nefti sonuncu dəfə belə aşağı qiymətə 2000-ci illərdə satılıb. 

Xatırladaq ki, dünya bazarında neftin qiymətinin azalması bu il martın 6-da OPEC+ formatında razılığın əldə olunmamasından sonra başlayıb. Rusiya 2020-ci ilin II rübündən gündəlik neft hasilatının həcminin daha 1,5 milyon barel azaldılmasına dair təklifi dəstəkləməyib. Bundan sonra əmtəə birjalarında neft təxminən 30% ucuzlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department