Sığorta

“Azsığorta”nın "mənfi” proqnozla reytinqi təsdiq edildi

“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində təsdiqlyib.

BI” Agentliyə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz isə “Mənfi”dir.

“Fitch” müəyyən etdiyi reytinq “Azsığorta”nın güclü kapital mövqeyini, inkişaf etdirilməsinə baxmayaraq yüksək riskli investisiya profilini əks etdirir. “Mənfi” proqnoz isə şirkətin ötən il pozulmuş anderraytinq performansı, gələcək ehtiyatlarının inkişafı ilə bağlı qeyri-müəyyənlik və davam edən biznes fəaliyyətlərində qarışıqlıqla bağlıdır.

Qeyd edək ki, “Azsığorta” Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (International Financial Reporting Standards – IFRS) uyğun olaraq 2017-ci üzrə fəaliyyətinin auditini hələ yekunlaşdırmayıb. “Fitch” yalnız yerli standartlara uyğun hazırlanmış audit hesabatlarını nəzərdən keçirə bilib. Agentlik inanır ki, sığorta şirkətinin aktuari peşəkarlığı hələ inkişaf etdiyindən yerli hesabatlarda ehtiyat riskləri daha yüksəkdir, həmçinin rezervlərin tənzimləmə metodologiyası bəsitdir və əsnək deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)