Tikinti şirkətində iş var - MAAŞ 3000-4000 MANAT
HSE Manager
İşıqkeçirən, alüminium və fasad konstruksiyaların işlənib hazırlanması, layihələndirilməsi, montajı üzrə ixtisaslaşmış tikinti şirkətinə “Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə menecer” tələb olunur.
Eləcə də bax: Şəxsi sürücü axtarılır - MAAŞ 500-700 MANAT
Vəzifə öhdəlikləri:
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
İstehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərində iştirak etməlidir;
İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə, səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etməlidir;
Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə, qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir;
İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir;
İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə, xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə nəzarət etməlidir və s.
Vəzifəyə olan tələblər:
Ali təhsil və müvafiq sertifikat
Müvafiq sahə üzrə 7 ildən az olmayan iş stajı
Ofis proqramları biliyi
Yüksək səviyyədə azərbaycan, rus və ingilis dili biliyi (yazılı və şifahi)
Yüksəklikdə iş təcrübəsi
Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə yerli qanunvericilik, OHSAS 18001, ISO 14001, ISO 9001 və s. beynəlxalq standartlar haqqında praktiki biliklər və müvafiq sertifikatlara sahib olmalı (NEBOSH International General Certificate in Occupational Health and Safety; Health and Safety OHSAS 18001:2007 and ISO 14001:2004 Environmental Management System, Working At Height, First Aid)
İş şəraiti:
İş qrafiki: 6/1, 09:00-dan 18:00 kimi
Şirkət hesabına nahar
Əmək haqqı: 3000-4000 AZN
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni ttguliyeva@gmail.com ünvanına mövzu yerində “Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə menecer” yazaraq göndərə bilərlər.