İqtisadçı deputatlarla Mərkəzi Bank danışıqlara başlayacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Mərkəzi Bank arasında danışıqlar aparılacaq.
ENA.az xəbər verir ki, bu barədə parlamentin adıçəkilən komitəsinin sədri Tahir Mirkişili bildirib.
Müzakirələr banklardakı vəziyyətə, maliyyə məsələlərinə həsr olunacaq.
O qeyd edib ki, birgə müzakirələrin aparılması üçün ilkin razılıq əldə olunub.