"Əgər Rusiya neft istehsalını azaltmasa, heç bir razılaşma olmayacaq"
Əgər rəsmi Moskva neft hasilatına məhdudiyyət tətbiq etməsə, heç bir razılaşma olmayacaq.
Xarici KİV-lər xəbər verir ki, bu sözləri İranın Neft naziri Bijən Namidar Zəncənə Vyanada aparılan müzakirələrdən sonra deyib.
Qeyd edək ki, OPEC neft hasilatının sutkada daha 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin müddətinin ilin sonuna kimi uzadılmasını istəyir. Lakin OPEC bu məsələdə Rusiyanı razı sala bilmir.
Kartelin bəzi üzvləri bildiriblər ki, Rusiya bu təklifə qoşulmasa, “OPEC+” koalisiyasının istehsal məhdudiyyətləri tamamilə ləğv olunacaq.
NEFT KƏSKİN UCUZLAŞIB
Bakı vaxtı ilə 16:50-da Brent nefti 47,47 dollardan alıcı tapıb. Dünən və bu gün neft 7%-dən çox dəyərdən düşüb.