Rusiyanın daha bir şəhərindən Bakıya - AVİAREYS AÇILIR
Bakı ilə Rostov şəhərləri arasında birbaşa sərnişin aviareys təşkil olunacaq.
ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.
Onun sözlərinə görə, bu gün imzalanan sənədə əsasən ilk uçuş martın 30-da həyata keçiriləcək.
Qeyd edək ki, bu gün Bakıda Rusiyanın “Azimut” aviaşirkəti ilə Azərbaycanın “PASHA Travel” şirkəti arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.