Bank sədri: Bu virus ticarət dövriyyəsinə ciddi təsir etməyib
VTB Azərbaycan 2019-cu ildə 6,5 milyon manat gəlir əldə edib və ötən il mənfəətə çıxa bilib. VTB şəbəkələri saat gecə saat 12-ə qədər işləməyə başlayıb.
VTB idarə heyətinin sədri Yevqeniy Kirin bu barədə məlumat verib.
Onun sözlərinə görə, bank Azərbaycandakı fəaliyyətini genişləndirib və hüquqi şəxslərə verilmiş kreditlər üzrə sağlam portfel 2.9 dəfə artıb. "Bankımız kredit müraciətlərinə baxılma müddətlərini qısaldıb. Koronovirus bizim işimizə təsir etməyib. Müəyyən profilaktik tədbirlər görürük. Bu virusun alt effektləri yəqin ki var, ancaq Rusiya ilə Azərbaycan arasında hər hansı qlobal dəyişiklik yoxdur"