“Twitter”in işçiləri ofisə gəlmədən işləyəcəklər
“Twitter” yeni növ koronavirusun yayılma riskini azaltmaq üçün əməkdaşlarını evdən işləməyə təşviq edir.
ENA.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Bildirilib ki, “Tvitter”in Honkonq, Yaponiya və Cənubi Koreyadakı işçiləri mütləq qaydada məsafadən işə keçiriləcək. Digər ölkələrdən olan işçilər ofisə gələcəklər, lakin şirkət bütün fəaliyyətin uzaqdan icra edilməsi imkanları üzərində işləyir.
Qeyd edək ki, ötən ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusun yayılması qeydə alınıb. COVID-19 adı alan virusa indiyə qədər Çində 80 mindən, Çindən kənarda isə 8,7 mindən çox adam yoluxub. Çində 2 943, Çindən kənarda isə 128 nəfər virusun qurbanı olub.