Sosial iqtisadiyyat

Azərbaycanda kütləvi tədbirlər müvəqqəti dayandırıldı: KORONAVİRUSA GÖRƏ

Azərbaycanda hər hansı kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Qeyri-rəsmi olsa da Nazirlər Kabinetindən dövlət qurumlarına belə bir göstəriş verdiyi bildirilir.  

ENA.az xəbər verir ki, kütləvi tədbir dedikdə, vətəndaşların toplaşması ilə bağlı olan iri tədbir və konfranslar, sərgilər də bura daxildir. Qeyri-rəsmi qadağanın müddəti isə bəlli deyil. 

Məlumat üçün bildirək ki, artıq Türkiyə mətbuatı artıq "Azerbaycanda ilk korona virüs vakasının görüldüğü duyuruldu" mövzusunda məlumatlar açıqlayıblar.  Onu da qeyd edək ki, hazırda Nazirlər Kabinetinin yanında Qərargah ölkədəki vəziyyəti ciddi nəzarətdə saxlayır. 

İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitallar yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)