Sənaye

Dövlət büdcəsi hesabına "Azərkosmos" kapital inyeksiyası aldı: 105 milyon 695 min

"Azərkosmos" ASC nizamnamə kapitalını 2,66 dəfə artıraraq 169 milyon 305,88 min manata çatdırdı.

ENA.az xəbər verir ki, nizamnamə kapitalının artması 105 milyon 695.28 min manat əlavə səhmlərin emissiyası yolu ilə baş tutub. 

Əlavə "kapital inyeksiyası" Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilib.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı - bir qiymətli kağız üçün nominal dəyəri 20 manat olan 8 milyon 465.294 min səhmdən ibarətdir. 

Və 2018-ci ilin sonunda "Azərkosmos" un nizamnamə kapitalı 63 milyon 610,6 min manat təşkil edib.

Məlumat üçün bildirək ki, "Azərkosmos" ASC 2010-cu ildə yaradılıb. Müəssisənin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin funksiyalarına peyklərin orbitə yerləşdirilməsi, telekommunikasiya xidmətləri göstərmək, kosmik (peyk) operatorları ilə əməkdaşlıq etmək və bu istiqamətdə müxtəlif tədqiqatlar aparmaq daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)