Bank

AtaBank-ın İdarə Heyəti tam və 3 departament direktoru işdən azad olunub

AtaBank-ın rəhbərliyinin işdən azad olunduğu rəsmi təsdiq olunub.

"ENA" xəbər verir ki, Bankın sayında “Rəhbərlik” bölməsindən İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları çıxarılıb.

AtaBank-ın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin müavinləri Rauf Hüseynov və Kamran Orucəliyev idi.

Həmçinin, Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adı  yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)