MALİYYƏ

Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - FOTO

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub.

Siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

Eləcə də bax: Tutulan sabiq icra başçısının eşşək ferması üzə çıxdı - FOTO

Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:

1. “Humay Broyler" MMC - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

2. “Barat Kəndli (fermer) Təsərrüfatı” MMC - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, “Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.

3. “Dəyanət Gələcəyə Baxış” MMC - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

4. “Aqroflora” MMC - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi keçmiş deputatın oğlu Samir Kazımovdur.

5. “Faruz” MMC - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department