Sənaye

Rusiya Çindən ət gətirməyi qadağan etdi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Çindən içərisində heyvandarlıq məhsulları olan bağlamaların ölkəyə gətirilməsinə qadağa qoyub.

“İzvestiya” qəzeti yazır ki, bu barədə xidmətin ərazi bölmələrinə müvafiq məktub göndərilib.

Nəşrin yazdığına görə, Çindən əl çantalarında və ya sərnişin baqajında ət məhsulları gətirmək artıq mümkün olmayacaq. Eyni zamanda, qadağaya fabrik qablaşdırma məhsulları da daxildir.

Qadağa koronavirus və Afrika taununa (ASF) qarşı mübarizə ilə izah olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)