“Sənaye Sığorta”nın İdarə Heyətində - YENİ TƏYİNAT
“ASB Bank”a yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətində iki yeni təyinat olub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, ASS-nin bu günə qədər İdarə Heyəti üzvləri olan Samir R. Məmmədov və Afaq N. Cəbrayılova sədrə müavin təyin ediliblər.
Qeyd edək ki, ötən ilin son rübündə İdarə Heyətinin sədri dəyişərək Orxan O. Əfəndiyev təyin edilmişdi