Azərbaycandan pomidor satanlar - $189 MİLYON ƏLDƏ EDİB
Azərbaycan 2019-cu ildə $189 mln. 292,29 min dəyərində pomidor ixrac edib.
Eləcə də bax: "Rusiyada qiymətlər gözlənildiyindən yüksək olacaq"
ENA.az xəbər verir ki, "2019-cu ildə Azərbaycan $189 mln. 292,29 min dəyərində 174,548 min ton pomidor ixrac edib. 2018-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 1,5%, dəyər ifadəsində 6,7% artıb", - hökumətdən bildirilir.
Hesabat dövründə pomidorun əsas idxalçısı yenidən Rusiya olub. “2019-cu ildə Rusiyaya $188 mln. 555,88 min dəyərində 172,876 min ton pomidor (bütün ixracın 99%-i – İF) ixrac olunub. 2018-ci illə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 1,5%, dəyər ifadəsində 7% artıb”, - hökumətdən qeyd olunub.
Azərbaycan 2018-ci ildə $177 mln. 380,78 min dəyərində 171,921 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $176 mln. 263,12 min dəyərində 170,315 min ton pomidor ixrac olunub.