“Rusiya Belarusu ilhaq etməyə işarələr vurur” – Lukaşenkodan ŞOK AÇIQLAMA
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkəsi ilhaq etməyə maraqlı olduğunu söyləyib.
ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə “Belta” agentliyinə açıqlamasında deyib.
“Rusiya rəhbərliyi enerji daşıyıclarına vahid qiymətlərin müəyyən olunması üçün Belarusun Rusiyanın tərkib hissəsi olmasına işarə vurur”.
Lukaşenko bu təkliflə razı olmadığını və sadə ruslarla belarusların bu birləşməyə qarşı olduqlarını da sözlərinə əlavə edib.
"Unutmayın ki, nə vaxtsa, Belarusun ilk prezidenti seçdiyiniz şəxs sonuncu Belarus prezidenti olmayacaq. Məndən sonra necə yaşayacağınızı düşünərsiniz. Amma mən prezident olmayan amma sağ olan vaxtımda da ölkəmizin müstəqil və suveren olması üçün çalışacam".