Azərbaycanda 18 min manat pensiya alan kimdir?
Ötən gün Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəylinin Azərbaycanda 18 min manat məbləğində pensiya verilməsi ilə bağlı açıqladığı statistika sosial şəbəkələrdə maraqla qarşılanıb.
İctimaiyyət arasında həmin şəxsin kimliyi barədə sual yaranıb. Belə ki, onun hansı sektordan ( dövlət və ya özəl) pensiyaya çıxması müzakirələrə səbəb olub.
ENA.az xəbər verir ki, “Qafqazinfo” həmin şəxslə bağlı bəzi məlumatları əldə edib. Bildirək ki, 18 min manat məbləğində pensiya alan şəxs özəl sektorda çalışıb. O, yüksək maaş aldığına görə böyük məbləğdə pensiya kapitalı toplaya bilib.
Eləcə də bax: Azərbaycanda neçə nəfər 8 000 manatdan çox maaş alır?
Ümumilikdə isə, ölkədə 10 min manatın üzərində pensiya alanların sayı az deyil. Ancaq 18 min manat pensiya alan cəmi bir nəfər var.