İnşaat və əmlak

Azərbaycan şirkəti əmlakını satır

31 mart 2020-ci il saat 10.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli (keçmiş Özbəkistan küçəsi 1) ünvanda “Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlərə “Sumqayıt Dəmir Beton-1” ASC -nin 2019-cu maliyyə ili üzrə maliyyə hesabatına baxılması, “Sumqayıt Dəmir Beton-1” ASC -nin xalis mənfəətinin bölüşdürülməsi, “Sumqayıt Dəmir Beton-1” ASC -nin əmlakının özgəninkiləşdirilməsi və kreditor borclarının ödənilməsi və təşkilati məsələlər daxildir.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 nömrəli ( keçmiş Özbəkistan küçəsi 1) ünvanda iş vaxtı tanış olmaq mümkündür. Əlaqə telefonu- (050) 223-41-29. Yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiqləyən sənədlə (nümayəndələr notarial qaydada təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)