ENA+

Tramp 4,8 trilyon dollarlıq büdcə təklifini Konqresə göndərib

ABŞ Prezidenti Donald Tramp təxminən 4,8 trilyon dollarlıq 2021-ci il maliyyə ilə dövlət büdcəsi təklifini Konqresə göndərib.

"ENA" xəbər verir ki, "Amerikanın Gələcəyi" başlıqlı 132 səhifəlik büdcə təklifində milli təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. 

Trampın 4,8 trilyon dollarlıq büdcə təklifində hökumət xərclərinin 10 il ərzində 4,4 trilyon dollar azaldılması hədəflənir.

Büdcə kəsirinin eyni dövrdə 4,6 trilyon dollar azaldılması nəzərdə tutulur, ölkənin iqtisadi artımının gələn il 3% səviyyəsində reallaşması gözlənilir.

Trampın büdcə təklifində müdafiə xərcləri üçün 636,4 milyard dollar, səhiyyə xidmətləri üçün 96,4 milyard dollar və təhsilə 66,6 milyard dollar vəsait ayrılması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)