Bakıda badam bağları salan iri şirkətə yeni direktor TƏYİN EDİLİB
Azərbaycanda 4 ildir badam bağları salaraq çərəz bazarına girən “AZBADAM” MMC şirkətinin yeni direktoru təyin edilib.
ENA.az saytı Banker.az-a istinadən xəbər verir ki,, Mirzəyev Ramil Mustafa oğlu vəzifəsindən ayrılıb, yerinə Ağayev Anar Hidayət oğlu təyin edilib. Fevralın 1-dən vəzifəsinin icrasına başlayan A.Ağayev buna qədər şirkətin direktor müaini vəzifəsində çalışırdı.
O, bu vəzifəyə isə 2019-cu ilin avqustunda “Simin Agro” şirkətindən ayrılaraq gəlmişdi.
Bildirək ki, “AZBADAM” şirkəti hazırda ölkənin badam becərmə biznesi üzrə ən böyüyüdür. Şirkət 2016-cı ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da sonradan 10,45 milyon manata çatdırılıb. Həmin tarixdə isə şirkəti qanuni olaraq Məmmədov Tural Yaşar oğlu təmsil edirdi.
“AZBADAM” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır.
İllik istehsal gücü 800 ton badam ləpəsidir.