“Tesla”nın səhmləri kəskin ucuzlaşdı

ABŞ-ın elektromobil istehsalçısı – “Tesla” şirkətinin səhmləri bir neçə aylıq bahalaşmadan sonra ötən gün yenidən ucuzlaşıb.
“ENA” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, fevralın 5-də şirkətin bir səhminin qiyməti təxminən 13% azalaraq 887 ABŞ dollarından 772 ABŞ dollarına düşüb.