Bank

“Kapital Bank”ın rekord mənfəəti bölüşdürüləcək - YIĞINCAQ

1 aprel 2020-ci il tarixində “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

ENA” Bankın elanına istinadən xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

 1. “Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması.

2. “Kapital Bank” ASC tərəfindən 2019-cu ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.

3. Digər məsələlər.

Qeyd edək ki, “Kapital Bank” ASC-nin 225 milyon 850 min manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 12,39 manat olan 18 228 410 ədəd səhmdən ibarətdir. Səhmlərin 1 614 205 ədədi illik gəlirlilik dərəcəsi 15% təşkil edən imtiyazlı səhmlərdir. Belə səhmə sahib olanlar səhmdar cəmiyyətinin mənfəət əldə edib-etməməsindən asılı olaraq faiz gəliri əldə edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department