"Azərbaycan Sığortaçılar Assosiasiyası"nın rəhbərliyində DƏYİŞİKLİK
Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasında dəyişiklik olub.
"ENA" ASA-ya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.
Qərara əsasən, Şuranın üzvü olan "AXA MBask" Sığorta Şirkəti ASC-ni "Qala Sığorta" ASC əvəz edib. Bundan başqa, yığıncaqda ASA-nın ötən il gördüyü işlər və builki planları müzakirə olunub.
Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.