Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı 4 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 4-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.8802 manat təşkil edir.
1 türk lirəsi 0.2841 manat, 1 rus rublu 0.0267 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5948 manatdır.