Vakansiyalar

Barattson School of Business & Finance işçi axtarır - VAKANSİYA

Barattson MMC “Maliyyə ixtisaslaşması bölməsinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

- Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
- Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
- Tələbə - müəllim problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,
- Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
- Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
- İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
- Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək
- Tələb olunduqda təşkilatın layihələrində iştirak etmək

Əsas tələblər:

- Ali təhsil
- CFA və ACCA haqqında biliklər (Maliyyə sahəsi üzrə sertifikatların olması üstünlükdür)
- Operativ işləmə bacarığı
- İdarəetmə təcrübəsi ( 1 ildən artıq)
- Pedoqoji qabiliyyət
- Ünsiyyət bacarığı
- Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə Ms Excel

Dil bacarıqları: Azərbaycan dili - əla (native), İngilis dili - upper - intermediate, Rus dili - üstünlükdür
İş qrafiki : 6 iş günü
Əmək haqqı: 600-1000 AZN

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Maliyyə ixtisaslaşması bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-in son göndərilmə tarixi: 15 fevral 2020-ci il.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı