Bank

Bu gecə Azərbaycanda bank kartlarından istifadədə problem yarana bilər

Bu gecə saat 02:00-dan 05:30-a qədər “AzeriCard” MMC prosessinq mərkəzi profilaktik tədbirlər həyata keçirəcək.

ENA” xəbər verir ki, bununla bağlı şirkətin müştərisi olan banklar plastik kart sahiblərinə müraciət ediblər.

Müraciətdə deyilir ki, həmin tədbirlərlə bağlı bank kartlarından istifadədə problem yarana bilər.

“AzerCard”dan xəbəri təsdiq ediblər. 

“Hazırda biz 21 banka məxsus təxminən 2,3 milyon ədəd plastik karta xidmət göstəririk. Bununla belə, müştərilər profilaktik tədbirlərinin aparıldığını hiss etməyə də bilərlər", - prosessinq mərkəzindən bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)