Aktivləri azalan və artan bankların dinamikası: RENKİNQ
Azərbaycanda hazırda fəaliyyət göstərən 30 bankdan 29-u, "Atabank" istisna olunmaqla, 2019-cu ilin yekunları üzrə ilk göstəricilərini açıqlayıblar. Bank sektoru üçün əsas göstərici hesab edilən aktivlərin həcminə və artım dinamikasına görə bankların mövcud vəziyyətini təhlil etdik. ENA.az xəbər verir ki, 2019-cu ildə 6 bankın aktivlərində azalma baş verib.
Ən çox azalma Expressbank, National Bank of Pakistan, Amrahbankın aktivlərində qeydə alınıb. Azərbaycanda ən az aktivi olan bank isə National Bank of Pakistandır - cəmi 10 milyon 168 min manat.
Aktivlərin artım dinamikasına görə, ilk beşlikdə Bank Respublika, AFB Bank, Bank of Baku, Xalq Bank, Unibank yer alıb. İl ərzində aktivlərini 43,7% artıran Bank Respublika nəticədə 1 mlrd 412 mln 984 min manat aktivə malik olub.
Azərbaycanda ən yüksək aktivə malik bank isə Azərbaycan Beynəlxalq Bankıdır - cəmi 9 milyard 223 milyon 361 min manatdır.
Qeyd edək ki, fiziki və ya hüquqi şəxslərin malik olduqları maşın və avadanlıqlar, binalar, pul vəsaitləri, bank depozitləri, qiymətli kağızlar, patentlər və digər bu kimi digər bütün maddi və qeyri-maddi mülkiyyət obyektlərə aktivlər deyilir.
Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyrimaddi aktivlər. Maddi aktivlərə daşınmaz əmlak, pul vəsaitləri, qiy mətli kağızlar və s. bu kimi fiziki formaya malik olan monetar aktivlər, qeyri-maddi aktivlərə isə patentlər, müəllif hüquqları, ticarət markaları və s. bu kimi fiziki formaya malik olmayan tanına bilən qeyri-monetar aktivlər aiddir.
Bankların aktivlərinin artım dinamikasına görə renkinqi belədir:
Bankların adı | Aktivlərin həcmi mln, 2019 | İlik artım, faizlə |
Bank Respublika | 1412,984 | 43,70% |
AFB Bank | 574,707 | 37,60% |
Bank of Baku | 381,094 | 27,00% |
Xalq Bank | 2458,468 | 22,40% |
Unibank | 833,654 | 20,10% |
Azərbaycan Sənaye Bankı | 985,152 | 19,80% |
Naxçıvan Bank | 232,022 | 18,10% |
MuğanBank | 660,836 | 17,80% |
Azərbaycan Beynəlxalq Bankı | 9223,361 | 16,30% |
Yelo Bank | 484,727 | 16,20% |
NBCBank | 323,527 | 14,20% |
Günay Bank | 215,756 | 12,85% |
Kapital Bank | 4143,322 | 11,50% |
Ziraat Bank Azərbaycan | 253,491 | 11,20% |
Bank BTB | 341,542 | 8,50% |
AGBank | 454,531 | 8,40% |
Azər Türk Bank | 347,718 | 6,10% |
VTB Bank | 347,718 | 6,10% |
Rabitəbank | 739,984 | 4,20% |
Access Bank | 897,886 | 2,20% |
Bank Avrasiya | 170,438 | 1,70% |
PAŞA Bank | 4767,45 | 1,50% |
Yap Kredi Bank Azərbaycan | 428,577 | 0,45% |
Premium Bank | 642,456 | -0,60% |
TuranBank | 489,538 | -0,60% |
Bank Melli Iran | 98,718 | -1,11% |
Amrahbank | 209,044 | -9,20% |
National Bank of Pakistan | 10,168 | -11,90% |
Expressbank | 338,638 | -14,30% |