Tramp Fətullah Güləni Türkiyəyə qaytarır
ABŞ prezidenti Donald Tramp FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına qərar verib.
“BI” “NBC”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri artıq qanuni yolların araşdırılması üçün FTB, Ədliyyə və Daxili İşlər Nazirliklərini təlimatlandırıb.
Trampın bu addımı jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda atdığı bildirilir. Bununla ABŞ-ın Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istədiyi iddia edilir.
Tramp hökuməti və Türkiyə tərəfi Gülənin ekstradisiyası baş tutmayacağı halda Cənubi Afrikaya göndərilməsi ilə bağlı müzakirələr də aparıb.
Qeyd edək ki, F.Gülən 1990-cı illərdən Pensilvaniyada yaşayır.