Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək
Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava məlumat verib.
Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin tikilməsi ilə bağlı danışıqlar və layihələndirmə işləri davam edir.
Xidmət rəisi deyib ki, mövcud gömrük infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi ilə bağlı yeni planlar da var:
“Dost ölkələrlə avtomatik məlumat mübadiləsinin tətbiqi sərhədlərdən keçən əmtəə və yüklərin hərəkətinin daha yaxşı idarə olunması və özəl sektorun ticarətlə bağlı xərclərinin azaldılmasına imkan verəcək”.