Putin keçmiş nazirləri özünə köməkçi TƏYİN ETDİ
Rusiya Prezidenti Vladimir Putin özünə iki yeni köməkçi təyin edilməsi barədə fərman imzalayıb.
ENA.az xəbər verir ki, fərmana əsasən, sabiq İqtisadi İnkişaf naziri Maksim Oreşkin və eks-Mədəniyyət naziri Vladimir Medinski Rusiya Prezidentinin köməkçiləri təyin olunublar.
Bundan əlavə, dövlət başçısının digər fərmanı ilə baş nazirin keçmiş müavini Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin üçüncü müavini vəzifəsinə gətirilib.